FAQ

Tez-tez verilən suallar

Servio haqqında ən çox soruşulan suallar və cavabları.

Servio kimlər üçündür?

Telefon və kompüter təmiri ilə məşğul olan ustalar və servis mərkəzləri üçün. Müştəri, təmir, kassa, anbar, borc və hesabatların hamısı bir yerdədir.

Telefonda işləyirmi?

Bəli. Sistem həm kompüter, həm də telefon ekranında rahat işləyir, ona görə də ustalar işin ortasında da məlumat daxil edə bilər.

Mənim məlumatımı başqa servis görə bilərmi?

Xeyr. Hər servis ayrıca hesab kimi işləyir və yalnız öz müştərilərini, gəlirini, xərclərini, borclarını və təmir məlumatlarını görür.

Tələbəyə giriş versəm, qazancı görəcəkmi?

Yox. Rol və icazələr bölməsindən şəyird üçün gəlir və net qazanc rəqəmlərini bağlaya bilərsiniz. O, təmirlərlə işləyə bilər, amma maya, qazanc və gəlir ona görünmür.

Bir neçə filialla işləmək mümkündürmü?

Bəli. Basic planda 1, Pro planda 5 filial dəstəklənir. Hər plan üzrə filial və istifadəçi limiti Qiymətlər səhifəsində göstərilib.

Təchizatçıya borcu necə izləyirəm?

Təmiri qeyd edəndə detalı təchizatçıdan borcla aldığınızı seçirsiniz, məbləğ təchizatçının hesabına borc kimi yazılır. Ödəyəndən sonra ödənilmiş kimi işarələyirsiniz. Detal istifadə olunmayıbsa (məsələn, plata təmiri), bu sahəni doldurmaq məcburi deyil.

Zəmanət necə hesablanır?

Cihaz təhvil veriləndə zəmanət müddəti avtomatik başlayır və gün-gün geri sayılır. Müddəti bitən zəmanət “müddəti bitib” kimi göstərilir.

Servisinizi bu gün daha rahat idarə edin

Pulsuz başlayın, komandanızı əlavə edin və bütün işləri bir yerdən izləyin.

Pulsuz başla