Funksiyalar

Servisin gündəlik işi üçün lazım olan hər şey

Müştəridən hesabata qədər bütün proseslər bir sistemdə, sadə və sürətli.

Müştərilər

Müştəri bazasını yaradın və asanlıqla idarə edin.

  • Ad, telefon və qeydlər üzrə sürətli axtarış
  • Hər müştərinin bütün təmir tarixçəsi
  • Ödənişlər, borclar və zəmanətlər bir profildə

Təmir / Xidmətlər

Təmir prosesini izləyin, statusları qeyd edin.

  • Hər xidmətə avtomatik nömrə (SRV-2026-000125)
  • Qəbul edildi → Diaqnostika → Hazırdır → Təhvil verildi
  • Qazanc satış və maya dəyərindən avtomatik hesablanır

Anbar

Ehtiyat hissələri və malların idarə edilməsi.

  • Alış və satış qiyməti, say və minimum hədd
  • Stok azaldıqda xəbərdarlıq
  • Detal istifadə olunanda say avtomatik azalır

Təchizatçılar

Təchizatçıları əlavə edin, borcları izləyin.

  • Alış tarixçəsi və ümumi məbləğ
  • Ay sonu hesablaşma üçün borc qeydi
  • Təmirdən avtomatik təchizatçı borcu yaratmaq

Kassa

Gəlir və xərcləri idarə edin, kassa balansını görün.

  • Xidmət ödənişləri və digər gəlirlər
  • Xərclər və təchizatçı ödənişləri balansdan çıxılır
  • Bütün əməliyyatların tarixçəsi

Hesabatlar

Gündəlik, aylıq, illik analizlər və qrafiklər.

  • İstənilən tarix aralığı üzrə hesabat
  • Xidmət və təchizatçı üzrə analiz
  • Ümumi satış, maya, xərc və xalis qazanc

Zəmanətlər

Zəmanət müddətlərini izləyin, müştərilərə xəbərdarlıq edin.

  • Təhvildən sonra zəmanət avtomatik geri sayılır
  • Bitməyə 3 gün qalanlar ayrıca görünür
  • 7 / 14 / 30 / 90 gün və ya zəmanətsiz

Qəbz / Çap

Rəsmi qəbz və təhvil-təslim sənədlərini çap edin.

  • A4 formatında səliqəli təhvil-təslim aktı
  • Servisin öz zəmanət şərtləri mətni
  • Müştəri və usta imza sahələri

Servisinizi bu gün daha rahat idarə edin

Pulsuz başlayın, komandanızı əlavə edin və bütün işləri bir yerdən izləyin.

Pulsuz başla